Çərşənbə axşamı, 14 May

Kuarejma "Beşiktaş"a xəbər yolladı: Karyerasının finalı üçün...

image

"Beşiktaş"ın sabiq ulduzu Rikardo Kuarejma yaşıl meydanlarla vidalaşır.

Məlumata görə, bu barədə Türkiyə KİV məlumat yayıb.

2010-2013 və 2015-2019-cu illərdə, 7 mövsüm İstanbul təmsilçisində forma geyinən portuqaliyalı ulduz karyerasının finalı üçün Beşiktaş Rəhbərliyi ilə əlaqə saxlayıb.

Məlumata görə, Kuarejma karyerasının son yubiley matçını "Vodafone Park"da keçirmək istəyir.

1 iyul 2022-ci ildə "Vitoriya Qimarayş"dan ayrılan və özünə yeni klub tapa bilməyən 39 yaşlı futbolçu son oyununu "qara qartallar"ın azarkeşləri qarşısında keçirməyi düşünür.

Futbolçunun bu matçda karyerasının digər önəmli komandası olan "Portu"nu "Beşiktaş"a rəqib görmək istədiyi də bildirilib.

Qeyd olunub ki, Kuarejma görüşün baş tutacağı təqdirdə sözügedən matçda hər iki komandanın formasını geyinməyi planlaşdırır.

Təcrübəli futbolçu matçdan əldə olunan gəlirin Türkiyədəki zəlzələdən zərərçəkənlərə bağışlanmasını istəyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00